Numan Kurtulmuş: "1982-ci il konstitusiyasından xilas olmağın vaxtı çatıb"
Dünya
15:20 / 12.09.2024
8286
1982-ci il konstitusiyasından xilas olmağın vaxtı çatıb.
Sfera.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş “X”də yazıb.
O bildirib ki, hazırkı konstitusiya çevriliş məhsuludur: “Çevriliş konstitusiyanı tarixin zibilliyinə atmaq və millətin iradəsini sözün əsl mənasında əks etdirən, demokratik, sivil, azad ruhlu konstitusiya tərtib etmək ən böyük vəzifəmizdir. Ancaq belə bir konstitusiya hüququn aliliyini sözün bütün mənalarında tərtib edə bilər”.
Qeyd edək ki, Türkiyədə konstitusiya dəyişikliyi uzun müddətdir müzakirə olunur.