Azərbaycanda 43 vəzifəli şəxs İŞDƏN ÇIXARILDI - RƏSMİ

Azərbaycanda 43 vəzifəli şəxs İŞDƏN ÇIXARILDI - RƏSMİ

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təhsil müəssisələrində yoxlama-nəzarət tədbirləri davam etdirilir.

 

Qurumdan Sfera.az-a verilən məlumata görə, vətəndaş və valideyn müraciətləri əsasında bir sıra məktəbəqədər təhsil müəssisələrində aparılan yoxlama-nəzarət tədbirləri zamanı aşağıdakı nöqsanlar aşkar edilib:

 

-təşkilati-sənədləşmə işlərinin,
-uşaqların qidalanması prosesinin təşkilinin müəyyən məqamlarda düzgün aparılmaması;
-davamiyyətin aşağı olması;
-prosesə nəzarətin düzgün təşkil edilməməsi;
-uşaqların qeydiyyatı üçün nəzərdə tutulan portaldan kənar azyaşlıların təlim-tədrisə cəlb edilməsi;


Aşkar edilən nöqsanlar nəticəsində ölkə üzrə ümumilikdə 43 bağça müdiri işdən azad edilib.

 

Qeyd edək ki, tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir.


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Konsertdə evli müdirini öpən qadın işini itirdi - FOTOLAR

“Astronomer” texnologiya şirkətinin HR direktoru Kristin Kabot “Coldplay” konsertində evli müdiri Endi Bayron ilə cinayət başında yaxala...

AKP-nin deputatı qətlə yetirildi

AKP-nin Balıkəsirdən olan millət vəkili Mehmet Anıl Yüksel qətlə yetirilib.   Sfera.az xəbər verir ki, deputat silahlı hücuma məruz qalıb.   ...

Polis adi diş pastasına görə yollardan birini bağladı - FOTOLAR

Amerikanın Aşeboro şəhərində polis bir sıra qəzaların baş verdiyi yollardan birini bağlayıb. Hüquq-mühafizə orqanlarının dediyinə görə, ehtimal olunan səbəb nam...

Sosial şəbəkədə varlı görünmək istəyi gənc oğlana baha başa gəldi

Londonun mərkəzində bərbəri milyarderlə səhv salıb qaçırıblar. Belə ki, quldurlar 21 yaşlı belçikalı bərbərin zəngin kriptovalyuta alverçisi olduğunu düşünərək ...

Goranboyda meşəyə ildırım düşdü, yanğın başladı

Goranboy rayonunda meşəlik əraziyə ildırım düşüb və daha sonra ərazidə yanğın başlayıb.   Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə yerinə F...

Bankların və BOKT-ların istehlak kreditləri üzrə orta faiz dərəcələri AÇIQLANDI

2025-ci il iyun ayının sonuna banklar tərəfindən kredit kartı vasitəsilə verilən istehlak kreditlərinin orta faiz dərəcəsi ötən ilin eyni dövü ilə müqayisədə 2 ...