Gözəllik yarışmasının qalibi TƏNQİD EDİLDİ: "Niyə belə eybəcər qızlar..." - AÇIQLAMA

Gözəllik yarışmasının qalibi TƏNQİD EDİLDİ: "Niyə belə eybəcər qızlar..." - AÇIQLAMA

Dünyada və Azərbaycanda keçirilən gözəllik yarışmaları illərdir mübahisələrə səbəb olur. Bu yarışmalarda seçilənlər cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Türkiyədə keçirilən gözəllik yarışmasının qalibi olan xanım yenidən bu müzakirəni gündəmə gətirib.

 

Sosial şəbəkələrdə həmin gözəllərə bir sıra tənqidi yorumlar yazılır. “Bu qızın nəyi gözəldir?, Niyə belə eybəcər qızlar gözəl seçilir?” tipli şərhlər insanları düşünməyə vadar edir.

 

Bəs gözəllik yarışmalarında gözəl seçərkən hansı meyarlara üstünlük verilir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan modelyer Leyla Əhmədova bildirib ki, münsiflər heyəti üçün əsas təbii gözəllikdir.

 

“Son illərin xanımlarının əksəriyyəti müxtəlif əməliyyatlar və kosmetoloji prosedurlar etdirirlər. Bu isə gözəllik yarışması üçün əsas meyar hesab olunmur. Hər kəsin müxtəlif baxış bucağı və zövqü var. Çox insana gözəl gəlməyən insan əksəriyyəti üçün gözəl ola bilər. Məhz bu baxımdan ağır rəylər yazmaq düzgün deyil. İndiyə qədər sifarişlə hansısa bir qızın seçilməyini dəstəkləməmişəm. İllərdir gözəllik yarışmalarında münsif olaraq əyləşirəm. Öz zövqümə uyğun, bəyəndiyim qızlara daima səs verirəm. Çünki onlar bizim ölkəmizi təmsil edirlər”,

 

Leyla Əhmədova qeyd edib ki, seçilən gözəllərin bədən quruluşu da standartlara uyğun olmalıdır.

 

“Xanımlar üçün tələb olunan boy 1.75-dir. Yarışmalardan birində 1.60 boylarında bir xanımı gözəl seçmək istəyirdilər. Mən buna etiraz etdim və yarışmadan ayrıldım”.

 

Ülkər Abdurahmanlı

 


OXŞAR XƏBƏRLƏR