ABŞ-nin kommersiya neft ehtiyatları ARTDI

ABŞ-nin kommersiya neft ehtiyatları ARTDI

Ötən həftənin yekunlarına görə, ABŞ-də kommersiya neft ehtiyatları 833 min barel artaraq 419 143 min barel təşkil edib.

 

Sfera.az-ın məlumatına görə, bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.

 

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 900 min barel artacağını proqnozlaşdırırdı.

 

Qeyd edək ki, ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir. (Report)


OXŞAR XƏBƏRLƏR