ABŞ Ukraynaya daha bir yardım paketi ayırdığını AÇIQLADI

ABŞ Ukraynaya daha bir yardım paketi ayırdığını AÇIQLADI

Kiyevdə səfərdə olan ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya dəstək üçün əlavə 700 milyon dollardan çox vəsait ayırır. 

 

Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. 

 

Blinken qeyd edib ki, 325 milyon dollar Ukraynanın enerji infrastrukturunun bərpasına yönəldiləcək. Daha 290 milyon dollar Ukrayna əhalisinə humanitar yardıma, o cümlədən dərman, ərzaq, içməli su və ilkin tələbat mallarının alınmasına ayrılacaq.

 

Bundan əlavə, ABŞ ərazinin minalardan təmizlənməsi üçün təxminən 102 milyon dollar ayıracaq. Ayrılan vəsaitin ümumi həcmi təqribən 717 milyon dollardır.

 

Həmçinin bu gün Böyük Britaniyanın xarici işlər naziri David Lammy Kiyevə səfəri zamanı Ukraynaya dəstək üçün 600 milyon funt sterlinq (782 milyon dollar) ayrıldığını açıqlayıb .

 

Sentyabrın 9-da İsveç Ukraynaya 4,6 milyard İsveç kronu (440 milyon dollar) dəyərində yeni yardım paketinin köçürüldüyünü elan edib, bu paketə maliyyə töhfələri, maddi ianələr və istehsal ehtiyacları üçün satınalmalar daxildir.

 

İnci 


OXŞAR XƏBƏRLƏR

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ağırlıqqaldırma idman növünün inkişafında böyük xidmətləri olan Nüsrət Abdullayev vəfat edib.   Sfera.az...

Minalardan nə vaxt tamamilə azad olacağıq? - Gözlənilən tarix

Minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən ölkələr arasında Azərbaycan ilk sıralardadır. Minalar hələ də işğaldan azad olunan torpaqlarımızın müəy...