Rusiya və Türkiyə rəsmiləri Cənubi Qafqazda sülhü müzakirə etdilər

Rusiya və Türkiyə rəsmiləri Cənubi Qafqazda sülhü müzakirə etdilər

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

 

Qeyd olunub ki, tərəflər Cənubi Qafqazda davamlı sülh və sabitliyə nail olmaq yolları barədə ətraflı fikir mübadiləsi aparıblar.

 

Eyni zamanda “3+3” Məşvərətçi Regional Platforması çərçivəsində sıx əlaqələrin davam etdirilməsində qarşılıqlı maraq ifadə olunub.


OXŞAR XƏBƏRLƏR