Hindistanda 15 nəfər naməlum qızdırmadan ÖLDÜ

Hindistanda 15 nəfər naməlum qızdırmadan ÖLDÜ

Hindistanda 15 nəfər naməlum xəstəlikdən dünyasını dəyişib.

 

Sfera.az xəbər verir ki, bu barədə sentyabrın 11-də “Hindustan Times” qəzeti məlumat yayıb.

 

Son səkkiz gün ərzində Qucarat əyalətinin Kutç rayonunda yerləşən Laxpat şəhərində ilkin olaraq pnevmoniya olduğu güman edilən naməlum qızdırma yayılıb.

 

Sentyabrın 3-dən 7-nə qədər xəstəlik on nəfərin, o cümlədən uşaqların həyatına son qoyub. Nəşr yazır ki, o vaxtdan bəri ekspertlər daha beş ölüm faktını qeydə alıblar.

 

Ölümün səbəbini müəyyən etmək üçün həkimlər 11 qan nümunəsi götürərək Pune ştatındakı Milli Virusologiya İnstitutuna göndəriblər.

 

“Nəticələrin bir-iki günə gəlməsi gözlənilir. Bunun məlum virus və ya yeni bir şey olduğunu öyrənmək üçün gözləmək məcburiyyətində qalacağıq”, - deyə “Hindustan Times”dakı məlumatda bildirilir.


OXŞAR XƏBƏRLƏR