İrakli Kobaxidze: "Zurabişvilinin ikinci dəfə prezident olmaq şansı yoxdur"

İrakli Kobaxidze: "Zurabişvilinin ikinci dəfə prezident olmaq şansı yoxdur"

Salome Zurabişvilinin yenidən Gürcüstan prezidenti seçilmək şansı yoxdur.

 

Sfera.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

 

“Reytinqlərə görə, bizim “Gürcü Arzusu” partiyasını seçicilərin təxminən 60 %-i dəstəkləyir, bütün müxalifət isə oktyabrda keçiriləcək parlament seçkilərində təxminən 20 % səs toplayır. Bu şərtlər altında Zurabişvilinin ikinci dəfə prezident olmaq şansı yoxdur”, - o deyib.

 

Onun sözlərinə görə, hazırkı prezident dövlət başçısı vəzifəsinə seçilərkən əhalinin etimadını qazanmasa da, ilk dəfə hakim partiyanın dəstəyi ilə seçilib.

 

“Bu gün isə o, radikal müxalifət düşərgəsinə keçərək onu seçmiş insanlara qarşı çıxır”, - Kobaxidze qeyd edib.

 

Xatırladaq ki, daha əvvəl Gürcüstan Prezidenti Salome Zurabişvilinin ölkənin Avropaya inteqrasiyasını təşviq etmək üçün ikinci müddətə namizədliyini irəli sürməyə hazır olduğunu bəyan edib.

 

Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri 2024-cü ilin noyabr-dekabr aylarında keçirilməlidir.


OXŞAR XƏBƏRLƏR

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ağırlıqqaldırma idman növünün inkişafında böyük xidmətləri olan Nüsrət Abdullayev vəfat edib.   Sfera.az...

Minalardan nə vaxt tamamilə azad olacağıq? - Gözlənilən tarix

Minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən ölkələr arasında Azərbaycan ilk sıralardadır. Minalar hələ də işğaldan azad olunan torpaqlarımızın müəy...