Azərbaycan və Pakistanın İsveçdəki səfirləri ikitərəfli əlaqələri MÜZAKİRƏ ETDİLƏR

Azərbaycan və Pakistanın İsveçdəki səfirləri ikitərəfli əlaqələri MÜZAKİRƏ ETDİLƏR

Azərbaycanın İsveç, Norveç, Finlandiya və Danimarka üzrə səfiri Zaur Əhmədov Pakistanın İsveç və Finlandiyadakı səfiri Bilal Hayee ilə ikitərəfli əlaqələri müzakirə edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Pakistan səfiri "X" hesabında paylaşım edib.

 

"Türkiyə səfiri Yönet Tezel və Azərbaycan səfiri Zaur Əhmədov ilə görüşməkdən məmnunluq duyuram. Onlarla ikitərəfli əlaqələri və qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdik", - B.Hayee qeyd edib.

 

Xatırladaq ki, Bilal Hayee bundan əvvəl Pakistanın Azərbaycandakı səfiri olaraq fəaliyyət göstərib.


OXŞAR XƏBƏRLƏR