Rusiya Paşinyanı ölkələrin sülh təşəbbüslərinə hörmətlə yanaşmağa ÇAĞIRDI
Siyasət
18:06 / 11.09.2024
3368
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanı Cənubi Qafqazda sülh uğrunda canları bahasına mübarizə aparanlara hörmətlə yanaşmağa çağırıb.
Sfera.az xəbər verir ki, bunu M.Zaxarova Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının icrası və Paşinyanın sənədin mətnini təhrif etdiyi son bəyanatları ilə bağlı “News.ru”nun sualını cavablandırarkən bildirib.