Bu məntəqələrdə seçki nəticələri LƏĞV EDİLDİ

Bu məntəqələrdə seçki nəticələri LƏĞV EDİLDİ

“Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında daxil olan 2 müraciətə baxılıb”.

 

Sfera.az xəbər verir ki, bununla bağlı Komissiyanın bu gün keçirilən iclasında qərar layihələri müzakirə edilib.

 

Bildirilib ki, 78 saylı Lənkəran kənd Seçki Dairəsindən namizəd olan Əzizxanov Əzizxan seçki məntəqələrində qanun pozuntularına yol verilməsi ilə bağlı MSK-ya müraciət edib.

 

Seçki dairəsinin iki məntəqəsi istisna olunmaqla, digər məntəqələrlə bağlı iddialar əsassız hesab olunduğundan, seçki dairəsinin nəticələri ləğv olunmayıb. Lakin Əzizxan Əzizxanovun 29 və 32-ci məntəqələrlə bağlı iddia etdiyi müraciətlər təsdiqini tapdığına görə, şikayət qismən təmin edilib.

 

Qeyd edilib ki, 78 saylı Lənkəran Kənd Seçki Dairəsinin 29 və 32-ci məntəqələrindəki səsvermə nəticələri etibarsız hesab edilməli, digər hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır.

 

Qeyd edək ki, 78 saylı Lənkəran Kənd Seçki Dairəsində lider namizəd Anar İsgəndərovdur.(qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Hava Limanı yolunda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb....

Leyla Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindən paylaşım edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindən p...

“TikTok” 530 milyon avro cərimələndi: İstifadəçi məlumatlarını Çinə ötürüb

Avropa İttifaqının (Aİ) fərdi məlumatların tənzimləyicisi “TikTok” sosial media platformasını istifadəçi məlumatlarını Çinə ötürdüyünə və şəffaflıq ...

Zakir Həsənov Afyoncu ilə görüşdü - VİDEO

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə Milli Müdafiə universitetləri arasında keçiriləcək Yüksək Dialoq İclasında iştira...

İordaniyada gözlənilməz sel: 1880-ə yaxın turist...

İordaniyada tarixi Petra abidələrinin yerləşdiyi məkan gözlənilmədən sel sularına məruz qalıb. Hadisə zamanı orada olan 1800-ə yaxın xarici turist təxliyə edili...

BMT-nin Əhali Fondunun Azərbaycandakı fəaliyyəti başa çatıb

BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı Nümayəndəliyinin fəaliyyəti başa çatıb.   Sfera.az xəbər verir ki, bu barədə təşkil...