Novella Cəfəroğlu İSTEFA VERDİ

Novella Cəfəroğlu İSTEFA VERDİ

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verib.

 

Sfera.az xəbər verir ki, bu barədə Pravda.az-a hüquq müdafiəçisi özü məlumat verib.
 

“Müsavat Partiyasına istefa məktubumu göndərdim. Partiya sədri İsa Qəmbər məktubu alıb. Mənə görə Müsavata söz gəlir, bu səbəbdən istefa verdim. Əlbəttə ki, istefamı qəbul edəcəklər. Baxmayaraq ki, 30 ildir, bir yerdə çiyin-çiyinə vuruşmuşuq, çoxlu dostlarım var. Müsavatdan getmişəm, dostluqdan getməmişəm”, - N.Cəfəroğlu bildirib.

 

Novella Cəfəroğlu ilə Müsavat Partiyasının rəhbərliyi arasında 1 sentyabr parlament seçkilərinə münasibətdə fikir ayrılığı yaranıb.

 

Belə ki, N.Cəfəroğlunun rəhbərlik etdiyi “Mənim səsim” seçki Monitorinq Koalisiyasının seçki günü ilə bağlı hazırlayıb yaydığı hesabatda seçkilərin heç bir problem yaşanmadan, qanunauyğun və düzgün keçirildiyinin bildirilməsi Müsavat Partiyasının rəhbərliyini narazı salıb. Onlar bu hesabatdakı fikirlərlə Müsavat Partiyasının seçkilərlə bağlı mövqeyinin bir-birinə zidd olduğunu, hesabatın reallığı əks etdirmədiyini əsas göstərək Novella Cəfəroğlundan izahat tələb ediblər.


OXŞAR XƏBƏRLƏR

Hava Limanı yolunda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb....

Leyla Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindən paylaşım edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindən p...

“TikTok” 530 milyon avro cərimələndi: İstifadəçi məlumatlarını Çinə ötürüb

Avropa İttifaqının (Aİ) fərdi məlumatların tənzimləyicisi “TikTok” sosial media platformasını istifadəçi məlumatlarını Çinə ötürdüyünə və şəffaflıq ...

Zakir Həsənov Afyoncu ilə görüşdü - VİDEO

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə Milli Müdafiə universitetləri arasında keçiriləcək Yüksək Dialoq İclasında iştira...

İordaniyada gözlənilməz sel: 1880-ə yaxın turist...

İordaniyada tarixi Petra abidələrinin yerləşdiyi məkan gözlənilmədən sel sularına məruz qalıb. Hadisə zamanı orada olan 1800-ə yaxın xarici turist təxliyə edili...

BMT-nin Əhali Fondunun Azərbaycandakı fəaliyyəti başa çatıb

BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı Nümayəndəliyinin fəaliyyəti başa çatıb.   Sfera.az xəbər verir ki, bu barədə təşkil...