Avqustda ucuzlaşan və bahalaşan ərzaq məhsulları - SİYAHI

Avqustda ucuzlaşan və bahalaşan ərzaq məhsulları - SİYAHI

Bu ilin avqustunda bəzi ərzaq malları iyul ayına nisbətən ucuzlaşıb. 


Sfera.az rəsmi statistik məlumatlara istinadən xəbər verir ki, avqustda yumurta və meyvələrin qiymətində nəzərəçarpacaq enmə qeydə alınıb. 


Yumurtanın qiyməti orta hesabla 3 faiz, meyvələrin dəyəri isə 2,5 faiz enib. Meyvələrdən daha çox alma, armud, gavalı və şaftalı ucuzlaşıb. 


Bəzi məhsullarda isə qismən ucuzlaşma olub. Bunlar balıq və tərəvəzlərdir.


Avqustda bəzi ərzaq məhsulları bahalaşıb. Daha çox bahalaşma ət və ət məhsularında qeydə alınıb. 


Bir ay ərzində mal və qoyun ətinin, kolbasa məmulatlarının dəyəri çox artıb. 


Adıçəkilən məhsullardan başqa kərə və zeytun yağının, limonun, əriyin, xiyarın, soğanın və kartofun qiymətində daha çox bahalaşma baş verib. 


Vasif


OXŞAR XƏBƏRLƏR