Prezident SƏRƏNCAM İMZALADI

Prezident SƏRƏNCAM İMZALADI

Azərbaycan Prezidenti İlham Əliyev Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

 

Sfera.az-ın xəbərinə görə, Sərəncamda qeyd edilib ki, cəzaçəkmə müəssisələrində keyfiyyətli peşə təhsilinin həyata keçirilməsi cəzaçəkmə müəssisələrindən azadlığa buraxılmış şəxslərin sosial adaptasiyasının asanlaşdırılması, əmək bazarının ixtisaslı işçi qüvvəsinə tələbatının davamlı təmin olunması baxımından böyük önəm kəsb edir.

 

Bu baxımdan, cəzaçəkmə müəssisələrində peşə təhsilinin müasir standartlara, əmək bazarında mövcud və gələcəkdə təklif ediləcək iş yerlərinə uyğun qurulması cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılmasında, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunmasında, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınmasında vacib rol oynayacaqdır.

 

Sərəncamla Nazirlər Kabineti Ədliyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Maliyyə Nazirliyinin təklifləri nəzərə alınmaqla, cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair fəaliyyət planının layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, fəaliyyət planı layihəsinin hazırlanması ilə əlaqədar aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət işçi qrupun yaradılmasını təmin etməli, fəaliyyət planının layihəsi hazırlanarkən ixtisaslaşmış ekspertlərlə və mütəxəssislərlə səmərəli əməkdaşlığın həyata keçirilməsini, habelə elmi təşkilatların və vətəndaş cəmiyyəti institutlarının cəlb olunmasını təmin etməli və Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

 

Aidiyyəti dövlət orqanları (qurumları) isə Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.


OXŞAR XƏBƏRLƏR

Hava Limanı yolunda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb....

Leyla Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindən paylaşım edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindən p...

“TikTok” 530 milyon avro cərimələndi: İstifadəçi məlumatlarını Çinə ötürüb

Avropa İttifaqının (Aİ) fərdi məlumatların tənzimləyicisi “TikTok” sosial media platformasını istifadəçi məlumatlarını Çinə ötürdüyünə və şəffaflıq ...

Zakir Həsənov Afyoncu ilə görüşdü - VİDEO

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə Milli Müdafiə universitetləri arasında keçiriləcək Yüksək Dialoq İclasında iştira...

İordaniyada gözlənilməz sel: 1880-ə yaxın turist...

İordaniyada tarixi Petra abidələrinin yerləşdiyi məkan gözlənilmədən sel sularına məruz qalıb. Hadisə zamanı orada olan 1800-ə yaxın xarici turist təxliyə edili...

BMT-nin Əhali Fondunun Azərbaycandakı fəaliyyəti başa çatıb

BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı Nümayəndəliyinin fəaliyyəti başa çatıb.   Sfera.az xəbər verir ki, bu barədə təşkil...