Fələstinli futbolçu Qəzza zolağında öldürüldü - FOTO

İdman
15:00 / 11.09.2024
3647
Fələstinli futbolçu Həmdi Lubbad Qəzza zolağında öldürülüb.
Sfera.az xəbər verir ki, idmançı mənzilində olarkən İsrailin raket atəşi nəticəsində həyatını itirib.
Hadisə zamanı futbolçunun həyat yoldaşı və dörd qızı da dünyasını dəyişib.
Qeyd edək ki, H.Lubbad sonuncu dəfə Küveytin “Əl-Yarmuk” klubunda çıxış edib.