Yanlış iynə 5 yaşlı uşağı öldürdü
Hadisə
14:25 / 22.12.2016
1591
5 yaşlı Fatimə Sərdarova həkim səhlənkarlığının qurbanı olub.
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 5 yaşlı Fatimə Sərdarovanın iki gün əvvəl qızdırması qalxıb. Tibb bacısı bununla əlaqədar ona antibiotik iynə vurub. Bundan sonra uşağın bədəni göyərib və az sonra dünyasını dəyişib.
Ərazi üzrə 22 saylı uşaq polikilinikasının baş həkimi Rəna Qurbanova
aznews.az-a açıqlamasında hadisənin rəhbərlik etdiyi səhiyyə ocağında baş
vermədiyini bildirib:
"Hadisə Fatimənin öz yaşadığı evində olub. Uşağa iynəni bizim
polikilinkanın tibb bacıları vurmayıb. İynəni uşağa kim vurub, bu barədə
məlumatsızam.”