İllik inflyasiya yenidən güclənir - RƏSMİ

İllik inflyasiya yenidən güclənir - RƏSMİ

Azərbaycanda inflyasiya sürətində yenidən güclənmə müşahidə edilir. 


Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin avqustunda qiymət indeksi əvvəlki ilin eyni ayına nisbətən 3,5 faiz artıb. 


Bu göstərici iyulda 2,7 faiz, iyunda 1,1 faiz, apreldə sıfır faiz idi. 


Son aylarda illik inflyasiyanın güclənməsinin səbəbi daha çox ödənişli xidmətlərlə bağlıdır. Ödənişli xidmətlərin dəyəri son bir ildə 5,6 faiz artıb ki, bu da ümumi qiymətlərin daha sürətlə artmasına səbəb olub. 


Bahalaşmanı gücləndirən ikinci səbəb qida məhsullarıdır. Qida məhsullarının bazar dəyərində orta hesabla 2,8 faiz artım var. Ərzaq məhsullarının alınmasına ayrılan vəsaitin əhalinin xərclərində payının yüksək olması buradakı qiymət artımının ümumi bahalaşmaya təsirini də gücləndirir. 


Böyük ehtimalla inflyasiyanın güclənməsi qarşıdakı aylarda da davam edəcək.   

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əmə...

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...