Maya dəyəri yüksək olan kənd təsərrüfatı məhsulları - SİYAHI

Maya dəyəri yüksək olan kənd təsərrüfatı məhsulları - SİYAHI

Azərbaycanda istehsal edilən bitkiçilik məhsulları arasında maya dəyəri ən yüksək olan məhsullar yaşıl çay yarpağı və çəltikdir.


Sfera.az xəbər verir ki, 2023-cü ilin yekunlarına əsasən, yaşıl çay yarpağının bir sentnerinin (100 kq) maya dəyəri 95 manat təşkil edib. Əvvəlki illərlə müqayisədə çayın maya dəyərinin düşməsi müşahidə edilib. Bir neçə il əvvəl yaşıl çay yarpağının maya dəyəri 183 manat idi. 


Maya dəyəri yüksək olan digər məhsul çəltikdir. Bir sentner çəltiyin istehsalı üçün 90,5 manat tələb olunur. Son illərdə çəltiyin maya dəyərinin bir qədər yüksəlməsi qeydə alınıb. 


Bu məhsullardan başqa pambığın və tütünün istehsalı da xeyli vəsait tələb edir. Pambığın sentnerinin maya dəyəri son 5 ildə 47 manat artaraq 79 manata çatıb.
Tütünün də maya dəyəri ötən 5 ildə 20 manatdan çox artaraq 79 manata çatıb. 


Maya dəyəri yüksək olan digər məhsul meyvədir. Bir sentner meyvənin istehsalı təxminən 62 manata başa gəlir. Beş il əvvəlki qiymətlərlə müqayisədə meyvənin maya dəyəri 21 manat artıb. 

 

Bitkiçilik məhsulları arasında maya dəyəri aşağı olan məhsullar da var. İstehsalı ən az vəsait tələb edən məhsul şəkər çuğundurudur. Şəkər çuğundurunun bir sentneri təxminən 4 manata başa gəlir. 


Bostan məhsulları, kartofun və digər tərəvəzlərin də maya dəyəri yüksək deyil. Bostan məhsullarının maya dəyəri 16 manat, tərəvəzlərin və kartofun maya dəyəri isə təxminən 21-22 manatdır.  


Qeyd edək ki, istehsal edilən məhsulların maya dəyərinə təsir edən əsas amil məhsuldarlıqdır. Əgər çəkilən xərcdən sonra bir hektardan daha çox məhsul toplanırsa, onun maya dəyəri aşağı düşür. Əks halda məhsulun maya dəyəri artır. 


Şəkər çuğunduru, bostan məhsulları və tərəvəzlər məhsuldar olduğundan onların maya dəyəri aşağıdır. Amma digərlərində məhsuldarlıq aşağı olduğundan həmin məhsulların istehsalı daha çox vəsait tələb edir. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əmə...

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...