"TikTok" istifadəçilərinin NƏZƏRİNƏ! - Qazancınızın bu qədəri VERGİYƏ GEDƏCƏK

"TikTok" istifadəçilərinin NƏZƏRİNƏ! - Qazancınızın bu qədəri VERGİYƏ GEDƏCƏK

Azərbaycanda "TikTok"dan gəlir əldə edən istifadəçilər vergi ödəməli olacaq.


Bəs bu məsələ necə tənzimlənəcək?


Mövzu ilə bağlı Sfera.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirdi ki, sosial şəbəkə istifadəçiləri sosial şəbəkə hesablarından bir-birilərinə köçürmələr edirlər və hədiyyə göndərirlər. “Nəticə etibarilə bu hədiyyələrə görə ödəniş edirlər. Həmin ödənişin bir hissəsi sosial şəbəkənin hesabında qalır, yerdə qalan hissəsi isə ünvanlanan şəxsə köçürülür. 


Dünyanın bir sıra ölkələrində sosial şəbəkənin köçürmələrdən əldə etdiyi məbləğə görə vergi alınır. Həmin verginin ödənilməsi sosial şəbəkənin üzərinə öhdəlik kimi qoyulur. Azərbaycanda da hesabına pul köçən şəxslər, tiktokerlər, instagram blogerləri vergiyə cəlb olunur.  Bu vergini ödəmək həmin şəxslərin öhdəliyidir. Vergidən yayınma isə inzibati və cinayət məsuliyyətinə səbəb olur”.

 

Hüquqşünas qeyd etdi ki, vətəndaşlar sosial şəbəkədən qazandıqları gəlirin 20 faizini vergiyə verməlidirlər:


“Həmin şəxslərin öhdəliyində 3-dən yuxarı əmək müqaviləsi ilə çalışan işçi olarsa, ona 75 faizlik güzəşt tətbiq olunur və onlar gəlirin 5 faizini vergiyə verirlər. Eyni zamanda onlar Dövlət Sosial Müdafiə Fonduna 14 faiz həcmində ödəniş edirlər. Həmçinin icbari sığorta ödənişləri də ödənilir. 


Hər bir şəxs kimi onlar da vergidən yayınmaq üçün dövriyyələrini az göstərməyə çalışacaqlar. Bu məsuliyyət birinci onların öz üzərinə düşür. Vergi müətəxəssisləri tərəfindən audit aparılan zaman müəyyən olunsa ki, hesabına gələn pulun mənbəyi bilinmir, bu zaman bu şəxsdən izahat tələb olunacaq. İzahı ağılabatan olmadıqda ona vergi sanksiyaları tətbiq olunacaq. Qeyd edim ki, Azərbaycan Respublikasının Vergilər Məcəlləsində sosial şəbəkələrin əldə etdikləri gəlirlərə görə, vergilər tənzimlənmir”.  


Texnobloger Fərid Pərdəşünas isə qeyd etdi ki, “TikTok”da qazanclar adətən reklamlardan götürülür:

 

“Kiminsə səhifəsi böyüyüb, izləyici kütləsi artanda artıq reklam qəbul etməyə başlayır. Hansısa mağaza və yaxud onlayn ticarət qurumları məhsulu ilə bağlı çəkiliş edib, ondan qazanc əldə edirlər”.


Ülkər Abdurahmanlı
 


OXŞAR XƏBƏRLƏR

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əmə...

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...