Azərbaycanda ilk innovasiya mərkəzləri yaradılacaq

Azərbaycanda ilk innovasiya mərkəzləri yaradılacaq

Bu ilin oktyabr ayında Bakı və Sumqayıt şəhərlərində ilk innovasiya mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulur.

 

Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyat və Rəqəmsal İnkişaf Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnara Vəliyeva "Chain Reaction 2024" forumu çərçivəsində keçirilən "Mədəniyyət olaraq innovasiyalar" adlı panel müzakirəsində bildirib.

 

Onun sözlərinə görə, ilin sonuna kimi Gəncədə, gələn il isə Bakıda daha bir neçə innovasiya mərkəzlərinin yaradılması planlaşdırılır: "Bakıda olan mərkəzi biz yaradırıq, Gəncə və Sumqayıtda açılacaq mərkəzlər üzrə isə tərəfdaşlarımızla iş aparırıq. Onlara bu işdə həm maliyyə həm də kontent dəstəyi göstəririk.

 

Hədəfimiz bu mərkəzlərdə təqaüd, təhsil, inkubasiya proqramlarını cəmləşdirməklə, regionlarda şahibkarlıq düşüncəsinin, xüsusən texniki sahədə startapların yaradılmasını stumullaşdırmaqdır. Çünki innovasiya mərkəzlərinin yaradılması innovasiya mədəniyyətinin formalaşması üçün çox vacibdir. Bu, nəticə etibarı ilə yeni ideyaların formalaşması üçün münbit şərait yaradır. Böyük şirkətlərin bu cür ideyalara böyük tələbi var, startaplar isə öz növbəsində məhsullarını satmaq üçün imkan əldə edəcəklər".

 

Dövlət-özəl tərəfdaşlığının təşəbbüslərin davamlılığını təmin etməyə kömək edəcəyini deyən İ. Vəliyeva, biznes sektorunun onların uzunmüddətli inkişafında əsas rol oynayacağını əlavə edib.


OXŞAR XƏBƏRLƏR

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əmə...

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...