Azərbaycanla Ermənistan arasında razılaşdırılmayan 3 maddə hansıdır? - Siyasi şərhçi AÇIQLADI

Azərbaycanla Ermənistan arasında razılaşdırılmayan 3 maddə hansıdır? - Siyasi şərhçi AÇIQLADI

Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsində 13 maddə və ön söz tam razılaşdırılıb. Bunu dünən Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. “İki cümlədən ibarət 3 maddə qismən razılaşdırılıb, həmin maddələrdəki cümlələrdən biri də razılaşdırılıb, digəri yox”, - o qeyd edib. Razılaşdırılmayan 3 maddənin nədən ibarət olduğu rəsmi şəkildə açıqlanmayıb.

 

Maraqlıdır, sözügedən maddələr nələr ola bilər?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı deyib ki, bunlardan biri Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı konstitusiyası və normativ-hüququ aktlarının dəyişdirilməsi ola bilər:

 

“Mümkündür ki, Ermənistan Azərbaycana qarşı adekvat tələblə çıxış edir, yaxud daxili qanunvericiliyin layihəyə salınmasını istəmir. Digər məsələlərdən biri sərhədin delimitasiyasının hansı prinsiplərlə aparılmasıdır. Delimitasiya prosesi sülh sazişinin imzalanmasından sonraya saxlanılıb, lakin bunun layihədə necə əks olunması ilə bağlı fikir ayrılığının mövcudluğu aydın görünür. Digər müəmmalı bəndlərdən biri də tərəflər arasında əsas ziddiyyətli məsələ olan kommunikasiyanın hansı prinsiplərlə açılması idi. Qarşılıqlı razılaşma ilə bu bənd sülh sazişi layihəsindən çıxarıldı. Bu halda razılaşdırılmayan bəndlə bağlı əsas və əlavə olmaqla iki ehtimal qalır. Əsas ehtimal qaçqınların qayıdışı ilə bağlıdır. Qərbi azərbaycanlıların qayıdışı və emənilərin yenidən Qarabağa yerləşməsi - İrəvan bu iki məsələ arasında bərabərlik qoyur. Hərçənd azərbaycanlılardan fərqli olaraq, ermənilər beynəlxalq hüquqa əsasən qaçqın statusuna malik deyil. Bu məsələnin hər iki tərəf üçün əlavə çağırışlar yaradacağı fonunda onun sülh sazişi layihəsinə daxil edilməsinə münasibət “soyuq” ola bilər”.

 

Siyasi şərhçi qeyd edib ki, üçüncü bəndlə bağlı daha az ehtimal olunan versiyalardan biri də Minsk qrupunun de-yure buraxılması ilə bağlı ola bilər:

 

“Bu, Bakıya lazımdır, çünki bu qrupun de-yure mövcudluğu bölgədə maraqları olan tərəflərin gələcəkdə “dayaq nöqtəsi”nə çevrilə bilər. Məsələnin layihəyə salınması belə bir perspektivin qarşısını alacaq. Ermənistan regionda şərtlərin dəyişməsi və Azərbaycana qarşı təsir rıçağı əldə etmək ümidi ilə bu məsələdə maraqlı deyil. Bu ehtimal zəif görünsə də, istisna edilməməlidir. Ermənistan tərəfi razılaşdırılmayan bəndləri saxlamaqla sülh sazişi layihəsinin imzalanmasını istəyir. Bununla həm konstitusiya məsələsini arxa plana keçirə, həm delimitasiya prosesində istədiyi baza prinsipini qoruya, həm də razılaşdırılmayan üçüncü bəndi təxirə sala bilər. Azərbaycan isə regionda sülhün davamlı və uzunmüddətli olması üçün “menyu” yox, “paket həll” variantından çıxış edir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əmə...

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...