Moldova müxalifətçilərə söz verən telekanalın lisenziyasını ləğv etdi
Moldovada "Canal 5" telekanalının və "Maestro FM" radiostansiyasının sahibi olan "Media Content Distribution" şirkəti lisenziyasından məhrum ediləcək.
Sfera.az TASS-a istinadən xəbər verir ki, İnvestisiya Layihələrinin Təşviqi Şurasının bu qərarı respublika hökumətinin mətbuat xidməti tərəfindən yayılıb.
“Media Content Distribution” MMC-nin fəaliyyət sahəsi üzrə lisenziyası ləğv edilib”, - məlumatda aydınlıq gətirilib.
Qərarda qeyd olunub ki, "Media Content Distribution" bütün tələb olunan sənədləri təqdim etməyib, həmçinin şirkəti moldovalı müxalifətçi İlan Şorla əməkdaşlıqda ittiham edib.
May ayında Moldovada müxalifətə platforma yaradan telekanalların lisenziyaları artıq ləğv edilib. Daha sonra "Telesystem TV MMC", "Archidoc Group MMC" (Orizont TV) və "Telestar Media MMC" (Kanal 2 və Kanal 3) qara siyahıya salınıb.
Sentyabrın 10-da Moldova polisi prokurorluq əməkdaşları ilə birlikdə müxalifətin “Qələbə” blokuna daxil olan bəzi partiyaların ofislərində axtarışlar aparıb .
İnci
Sfera.az