Məşhur qrup Donald Trampı məhkəməyə verdi
Dünya
21:10 / 10.09.2024
11105
Məşhur “The White Stripes” qrupunun üzvləri Cek Uayt və Meq Uayt prezidentliyə namizəd Donald Trampın kampaniya videosunda “Seven Nation Army” mahnısından qeyri-qanuni istifadəyə görə onu məhkəməyə veriblər.
Sfera.az xəbər verir ki, bu barədə ifaçı instaqram səhifəsində məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl də ABBA qrupu, müğənnilər Beyons və Selin Dion da Trampın prezidentlik kampaniyasında öz musiqilərinin istifadəsindən narazılığını açıq şəkildə ifadə etmişdilər.