Antoni Blinken səhvə yol verib - "Üzr istəyirəm..."
ABŞ dövlət katibi Antoni Blinken səhvən Ukrayna Prezidenti Volodimir Zelenskini baş nazir adlandırıb.
Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
"Birgə səfərimizin məqsədlərindən biri birbaşa Ukrayna rəhbərliyindən, o cümlədən baş nazir Zelenskidən - üzr istəyirəm, prezident Zelenski - ukraynalıların hazırda ehtiyaclarını necə gördüklərini eşitməkdir" ,- Blinken qeyd edib.
ABŞ dövlət katibi Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə birlikdə Kiyevə edəcəyi səfərdən danışıb.
Bir müddət əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol demişdi ki, Blinken Ukraynaya səfəri zamanı ABŞ-yə Rusiyaya uzaqmənzilli silahlarla zərbələr endirməyə icazə verəcək.
İnci
Sfera.az