Bu ölkə vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırdı

Dünya
19:00 / 10.09.2024
10523
Tacikistanın Moskvadakı səfirliyi sərhədlərdə nəzarətin gücləndirilməsi ilə əlaqədar respublika vətəndaşlarına Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin məlumatında bildirilib.
“Rusiyada quru və hava keçid məntəqələrində xarici vətəndaşların dövlət sərhədindən daxil olmasına nəzarətin gücləndirilməsi rejimini nəzərə alaraq, Tacikistanın Rusiyadakı səfirliyi vətəndaşlarına müvəqqəti olaraq Rusiyaya səfər etməkdən çəkinməyi tövsiyə edir”, – məlumatda qeyd olunub.