Yol polisindən sürücülərə MÜHÜM ÇAĞIRIŞ

17:40 / 10.09.2024
16601
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 55,3-cü kilometrində (Cəngi ərazisi) elektron tərəzi sisteminin quraşdırılması ilə əlaqədar bu gündən başlayaraq təqribən 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq kənardankeçmə yolu ilə təşkil ediləcək.
Sfera.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi bu barədə sürücülərə çağırış edib:
"Hərəkətin təşkilində ediləcək dəyişiklikləri nəzərə alaraq, sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə qeyri-şərtsiz əməl etməyi, özlərinin, digər hərəkət iştirakçılarının və tikinti briqadalarında çalışanların həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinməyi xahiş edirik".
Firuzə Əliyeva