Siyarto: "Budapeşt Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağı məkan ola bilər"

Siyarto: "Budapeşt Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağı məkan ola bilər"

Budapeşt Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanacağı məkan ola bilər.

 

Sfera.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto bu gün “İrəvan dialoqu” forumunda deyib.

 

“Mənim hər iki tərəflə son danışıqlarım zamanı belə bir variant da nəzərdən keçirildi ki, Budapeşt sülh sazişinin imzalanacağı məkan ola bilər. Hesab edirəm ki, bu, göstərə biləcəyimiz mühüm yardımdır”, - o bildirib.

 

Diplomat Cənubi Qafqazda sülhün əldə olunmasının vacibliyini qeyd edərək, region sakinlərinin öz evlərində təhlükəsiz və dinc yaşamaq hüququna malik olduğunu vurğulayıb.


OXŞAR XƏBƏRLƏR