İcazə verilən saatlarda avtobus zolağından istifadə edən sürücülər niyə cərimələnir? - AÇIQLAMA

İcazə verilən saatlarda avtobus zolağından istifadə edən sürücülər niyə cərimələnir? - AÇIQLAMA

Bildiyimiz kimi, avtobus zolaqlarına digər avtomobillərin girişi qadağandır. Lakin yol kənarlarında quraşdırılmış lövhələrdə əks olunur ki, müəyyən saat aralığında digər avtomobillərin də həmin zolaqda hərəkətinə icazə var.  Bəzi sürücülər deyir ki, avtobus zolağından icazə verilən saatda istifadə etmələrinə baxmayaraq, cərimə gəlib. 


Əgər icazə varsa, cərimə necə gələ bilər? Bu məsələdə sürücülər nəyə diqqət etməlidir?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu problemin bir neçə səbəbi var:


“Həqiqətən də, yol hərəkəti haqqında müəyyən edilmiş formada əlavə məlumat lövhələrində avtobus zolağına girmək üçün icazə saatları göstərilir. Bu, yenilik olmasa da, son vaxtlar bəzi vətəndaşların avtobus zolaqlarından icazə verilən müddətdə istifadə etməsinə baxmayaraq, cərimələndikləri ilə bağlı şikayətlərlə tez-tez qarşılaşıram. Bu məsələdə müxtəlif yanaşma var.Fikrimcə, səbəblərdən biri sürücülərin başqa yerdə qayda pozub, cəriməni avtobus zolağına görə gəlməyini düşünmələridir. Texniki səbəblərdən ötrü də səhvən cərimə göndərilmiş ola bilər. Məlumat löhvələri hər yerdə olmadığı üçün bəziləri elə başa düşür ki, hansısa küçədə 17:00-20:00 saat aralığında icazə varsa, istənilən küçədə bunu edə bilərlər, lakin, bu, belə deyil”. 


Ekspert qeyd edib ki, hansısa sürücü ona səhv cərimənin gəldiyini düşünürsə, müraciət edə bilər:


“Hər bir halda bu, faciə deyil. Müraciət edən kimi aidiyyəti orqanlar məsələyə baxır və doğrudan da yanlışlıq olubsa, cəriməyə xitam verilir”.


O, sonda sürücüləri diqqətli olmağa çağırıb:


“Bildiyimiz kimi, avtobus zolağına daxil olmanın cəzası 3 bal və 100 manat cərimədir. Yenə də son dərəcə diqqətli olmaq lazımdır ki, belə hallar yaşanmasın”. 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Tarkandan üzr istəyəcək

İllərdir MS xəstəliyindən (baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi) əziyyət çəkən türkiyəli müğənni Sərdar Ortaç həmkarı Tarkand...

Ronaldonun komandası daha bir portuqaliyalı ilə anlaşdı

"Əl-Nəsr" "Çelsi"nin 25 yaşlı hücumçusu Joao Feliksin transferi ilə bağlı razılığa gəlib. Sfera.az xəbər verir ki, bu barədə jurnalist ...

Yevlaxda mübahisə qətl ilə nəticələnib

Yevlax şəhərində iki nəfər arasında baş verən mübahisə qanlı sonluqla nəticələnib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax şəhər ər...

Sumqayıtda 2 nəfər dənizdə batdı - Biri digərinə kömək etmək istəyib

Xəzər dənizinin Sumqayıt şəhəri ərazisindən keçən sahil zolağında faciəvi hadisə baş verib.   Sfera.az xəbər verir ki, 16 yaşlı iki yeniyetmə də...

Donetsk və Sumı atəşə tutuldu: 4 ölü, 7 yaralı var

Rusiya hərbçiləri Ukraynanın Sumı vilayətinin şəhər və kəndlərini təxminən 70 dəfə, Donetsk vilayətinin yaşayış məntəqələrini isə 19 dəfə atəşə tutublar. &nb...

Türkiyəyə qaçaqmalçılıq yolu ilə gətirilən 132 ədəd "Labubu" oyuncağı ələ keçirilib

Türkiyə Ticarət Nazirliyi tərəfindən İstanbulun Sabiha Gökçen Hava Limanında həyata keçirilən əməliyyatlarda 132 ədəd "Labubu" oyuncağı ələ keçirilib....