Yeniyetmə və gənclər niyə qatillərə, qoluzorlulara rəğbət bəsləyirlər? - Psixoloq AÇIQLADI

Yeniyetmə və gənclər niyə qatillərə, qoluzorlulara rəğbət bəsləyirlər? - Psixoloq AÇIQLADI

Cəmiyyətdə qatillərə, təcavüzkarlara qəribə bir rəğbət müşahidə olunur. Bu kimi hallara yeniyetmə və gənclər arasında daha çox rast gəlinir. Buna bir neçə ay öncə ailə üzvlərini balta ilə qətlə yetirən Əhməd Əhmədovu misal çəkə bilərik. Belə ki, sosial şəbəkələrdə bir müddət qınanılsa da sonra bəzi istifadəçilər tərəfindən ona azadlığa çıxması arzulandı, “qeyrətli qardaşımız, sən həbsdə olmağa layiq deyilsən” tipli dəstək verildi. Digər tərəfdən, ən çox rastlaşdığımız hadisələrdən biri isə qadına şiddətlə bağlıdır. Belə ki, qadın öldürülür, döyülür, küçələrə atılır, lakin ilk olaraq yazılan “yaxşı at özünə qamçı vurdurmaz” fikri olur. 

 

Bəs bəzi insanlar niyə haqsıza, qatilə, zor tətbiq edənə dəstək olurlar? Cəmiyyətdəki Stokholm sindromu niyə gündən-günə şiddətlənir? 

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən klinik psixoloq Nahidə Axundova bildirib ki, insanların haqsız, qatil və zor tətbiq edənlərə dəstək olması və bunun arxasında duran səbəblər mürəkkəb sosial, psixoloji və mədəni mexanizmlərlə izah olunur.Onun sözlərinə görə, bu kimi vəziyyətlərdə Stokholm sindromuna bənzər davranışlar, sosial ədalətsizlik və gücə olan çarpıq heyranlıq kimi faktorlar ön plana çıxır. 

 

Psixoloq qeyd edib ki, cəmiyyətlərdə güclü olanın həmişə haqlı olduğuna dair yanlış bir inanc mövcuddur:

 

“Tarix boyu zorakılıq edən şəxslər "üsyankar", "qəhrəman", ya da "ədalət uğrunda mübarizə aparan" kimi təqdim olunub. Bu, mədəniyyətin bəzi qatlarında belə şəxslərə qarşı simpatiya yaradıb. Bəzi cəmiyyətlərdə güc və zorakılıq sosial norma kimi qəbul edilə bilər. Belə cəmiyyətlərdə haqsızlıq edənlər və zorakılıq tətbiq edənlər qəhrəman kimi qəbul edilə bilərlər”. 

 

N.Axundovanın sözlərinə görə, bəzi insanlar güclü və təhlükəli şəxslərə qarşı rəğbət və ya qorxu ilə yanaşırlar:

 

“Bu, gücə qarşı yaranan bir növ heyranlıq hissidir, çünki insanlar güc sahibinə özlərinin qoruyucusu və ya cəza tətbiq edən şəxs kimi baxırlar. Onlar bu şəxsə qarşı çıxmaqla cəzalandırılmaqdan çəkinirlər və buna görə də tərəf tutmağa meyilli olurlar”.

 

Mütəxəssis bu məsələdə manipulyasiya və dezinformasiyanın da rolunu vurğulayıb:

 

“Qatil və zor tətbiq edən şəxslər bəzən özlərini cəmiyyətə haqlı və ya qurban kimi göstərməyi bacarırlar. Media, sosial şəbəkələr və dezinformasiya onların bu obrazını möhkəmləndirə bilər. Nəticədə, insanlar bununla manipulyasiya edilirlər".

 

O qeyd edib ki, insanlar zorakılığa məruz qaldıqları hallarda, zamanla zorakılıq edən şəxsə qarşı asılılıq hiss edə bilərlər. Bu, yəni qurbanın ona zərər verən şəxslə psixoloji əlaqə qurması Stokholm sindromu adlanan fenomenə bənzəyir.

 


Klinik psixoloq sonda bildirib ki, bu faktorların hamısı bir araya gələrək insanları bəzən qatil, manyak və ya haqsızlıq edən şəxslərə rəğbət göstərməyə, onları dəstəkləməyə və bəzən də qəhrəmanlaşdırmağa təhrik edir. Bu kimi hallarda cəmiyyətin maariflənməsi, düzgün məlumatlanma və psixoloji dəstək çox önəmlidir.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Tarkandan üzr istəyəcək

İllərdir MS xəstəliyindən (baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi) əziyyət çəkən türkiyəli müğənni Sərdar Ortaç həmkarı Tarkand...

Ronaldonun komandası daha bir portuqaliyalı ilə anlaşdı

"Əl-Nəsr" "Çelsi"nin 25 yaşlı hücumçusu Joao Feliksin transferi ilə bağlı razılığa gəlib. Sfera.az xəbər verir ki, bu barədə jurnalist ...

Yevlaxda mübahisə qətl ilə nəticələnib

Yevlax şəhərində iki nəfər arasında baş verən mübahisə qanlı sonluqla nəticələnib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax şəhər ər...

Sumqayıtda 2 nəfər dənizdə batdı - Biri digərinə kömək etmək istəyib

Xəzər dənizinin Sumqayıt şəhəri ərazisindən keçən sahil zolağında faciəvi hadisə baş verib.   Sfera.az xəbər verir ki, 16 yaşlı iki yeniyetmə də...

Donetsk və Sumı atəşə tutuldu: 4 ölü, 7 yaralı var

Rusiya hərbçiləri Ukraynanın Sumı vilayətinin şəhər və kəndlərini təxminən 70 dəfə, Donetsk vilayətinin yaşayış məntəqələrini isə 19 dəfə atəşə tutublar. &nb...

Türkiyəyə qaçaqmalçılıq yolu ilə gətirilən 132 ədəd "Labubu" oyuncağı ələ keçirilib

Türkiyə Ticarət Nazirliyi tərəfindən İstanbulun Sabiha Gökçen Hava Limanında həyata keçirilən əməliyyatlarda 132 ədəd "Labubu" oyuncağı ələ keçirilib....