“İnkişafa Doğru” İmkansız Ailələrə Sosial Yardım və Hüquqi Maarifləndirmə İB-dən Şirvanda veteranlara psixoloji xidmət –FOTO

Cəmiyyət
14:39 / 18.07.2024
12765
“İnkişafa Doğru” İmkansız Ailələrə Sosial Yardım və Hüquqi Maarifləndirmə ictimai birliyi tərəfindən “Müharibə veteranlarına və şəhid ailələrinə dəstək” layihəsi çərçivəsində 10 iyul 2024-cü il tarixdə Şirvan Şəhər Gənclər Evində 10 nəfər müharibə veteranı ilə görüş keçirilib.
Sfera.az xəbər verir ki, görüş çərçivəsində veteranlara psixoloji xidmət göstərilib.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə baş tutub.