Bu yolda hərəkət məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ!

Bu yolda hərəkət məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ!

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması ilə əlaqədar yolda hərəkətin məhdudlaşdırılması barədə hərəkət iştirakçılarına (sürücülərə) müraciət edib.

 

Sfera.az-ın məlumatına görə. müraciətdə deyilir ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 55,3-cü kilometrində (Cəngi ərazisi) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar bu gündən başlayaraq təqribən 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkətinin qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək.

 

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.


OXŞAR XƏBƏRLƏR

Tarkandan üzr istəyəcək

İllərdir MS xəstəliyindən (baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi) əziyyət çəkən türkiyəli müğənni Sərdar Ortaç həmkarı Tarkand...

Ronaldonun komandası daha bir portuqaliyalı ilə anlaşdı

"Əl-Nəsr" "Çelsi"nin 25 yaşlı hücumçusu Joao Feliksin transferi ilə bağlı razılığa gəlib. Sfera.az xəbər verir ki, bu barədə jurnalist ...

Yevlaxda mübahisə qətl ilə nəticələnib

Yevlax şəhərində iki nəfər arasında baş verən mübahisə qanlı sonluqla nəticələnib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax şəhər ər...

Sumqayıtda 2 nəfər dənizdə batdı - Biri digərinə kömək etmək istəyib

Xəzər dənizinin Sumqayıt şəhəri ərazisindən keçən sahil zolağında faciəvi hadisə baş verib.   Sfera.az xəbər verir ki, 16 yaşlı iki yeniyetmə də...

Donetsk və Sumı atəşə tutuldu: 4 ölü, 7 yaralı var

Rusiya hərbçiləri Ukraynanın Sumı vilayətinin şəhər və kəndlərini təxminən 70 dəfə, Donetsk vilayətinin yaşayış məntəqələrini isə 19 dəfə atəşə tutublar. &nb...

Türkiyəyə qaçaqmalçılıq yolu ilə gətirilən 132 ədəd "Labubu" oyuncağı ələ keçirilib

Türkiyə Ticarət Nazirliyi tərəfindən İstanbulun Sabiha Gökçen Hava Limanında həyata keçirilən əməliyyatlarda 132 ədəd "Labubu" oyuncağı ələ keçirilib....