Nazir onu rəis TƏYİN ETDİ - FOTO
Siyasət
10:46 / 10.09.2024
5565
Elmin Həsənov Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin rəis vəzifəsinə təsdiqlənib.
Sfera.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, ədliyyə naziri Fərid Əhmədov bununla bağlı müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Həsənov Elmin Ağamusa oğlu 4 iyun 2024-cü il tarixli əmrlə yeni yaradılan Bələdiyyələrlə İş Baş İdarəsinə rəhbərlik edirdi. O, bundan əvvəl Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini vəzifəsini tutub.