Rusiya Xəzər dənizi də daxil olmaqla, beş istiqamətdə hərbi təlimlərə BAŞLADI

Rusiya Xəzər dənizi də daxil olmaqla, beş istiqamətdə hərbi təlimlərə BAŞLADI

Rusiyanın Hərbi Dəniz Qüvvələri Sakit okean, Şimal Buzlu okean, eləcə də Aralıq, Xəzər və Baltik dənizlərində “Okean-2024” planlı stratehi hərbi təlimlərinə başlayıb.

 

Sfera.az-ın xəbərinə görə, bu barədə məlumat Rusiya Müdafiə Nazirliyinin “Telegram” kanalında paylaşılıb.

 

Bildirilib ki, manevrlərdə 400 ədəd döyüş gəmisi, sualtı qayıq, eləcə də təminat gəmiləri iştirak edəcək.

 

Təlimlərin əsas məqsədi Hərbi Dəniz Qüvvələrinin yüksək dəqiqlikli silahlardan və digər silah nümunələrindən istifadə hazırlığını yoxlamaqdan ibarətdir.

 

İlk mərhələdə qrupların əvvəldən təyin olunmuş döyüş hazırlığı poliqonlarında cəmləşdirilməsi, ikinci mərhələdə isə şərti düşmənin strateji obyekt və qüvvələrinin sıradan çıxarılması, desant birləşmələrinin cəlb olunması, eləcə də dənizdəki iqtisadi obyektlərin mühafizəsi üzrə tapşırıqlar yerinə yetiriləcək.

 

Nazirlikdən o da bildirilib ki, təlimlərə Rusiyanın tərəfdaşı olan dövlətlərin hərbçiləri də dəvət olunub.


OXŞAR XƏBƏRLƏR

Tarkandan üzr istəyəcək

İllərdir MS xəstəliyindən (baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi) əziyyət çəkən türkiyəli müğənni Sərdar Ortaç həmkarı Tarkand...

Ronaldonun komandası daha bir portuqaliyalı ilə anlaşdı

"Əl-Nəsr" "Çelsi"nin 25 yaşlı hücumçusu Joao Feliksin transferi ilə bağlı razılığa gəlib. Sfera.az xəbər verir ki, bu barədə jurnalist ...

Yevlaxda mübahisə qətl ilə nəticələnib

Yevlax şəhərində iki nəfər arasında baş verən mübahisə qanlı sonluqla nəticələnib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax şəhər ər...

Sumqayıtda 2 nəfər dənizdə batdı - Biri digərinə kömək etmək istəyib

Xəzər dənizinin Sumqayıt şəhəri ərazisindən keçən sahil zolağında faciəvi hadisə baş verib.   Sfera.az xəbər verir ki, 16 yaşlı iki yeniyetmə də...

Donetsk və Sumı atəşə tutuldu: 4 ölü, 7 yaralı var

Rusiya hərbçiləri Ukraynanın Sumı vilayətinin şəhər və kəndlərini təxminən 70 dəfə, Donetsk vilayətinin yaşayış məntəqələrini isə 19 dəfə atəşə tutublar. &nb...

Türkiyəyə qaçaqmalçılıq yolu ilə gətirilən 132 ədəd "Labubu" oyuncağı ələ keçirilib

Türkiyə Ticarət Nazirliyi tərəfindən İstanbulun Sabiha Gökçen Hava Limanında həyata keçirilən əməliyyatlarda 132 ədəd "Labubu" oyuncağı ələ keçirilib....