Daim tüklərinin rəngi dəyişən nadir pişiklər doğuldu - FOTOLAR
Şotlandiyada qeyri-adi unikal pişiklər nadir bir xəstəliklə doğulublar. Qeyd edək ki, bu xəstəlik nəticəsində pişiklərin tükləri daim rəngini dəyişir. Balalar artıq Şotlandiyada "ən nadir növ” adlandırılıb.
Sfera.az bildirir ki, xəstəlik heyvanların ümumi sağlamlığına təsir göstərmir. Altı pişik də tük rəngində gözlənilməz dəyişikliklərə səbəb olan qəribə bir vəziyyətdən əziyyət çəkir. Bu, hamiləlik zamanı xəstəlik və ya stress səbəbiylə bətnində piqmentasiya problemi səbəbindən baş verir.
“Olduqca nadir bir haldır. Əvvəllər belə bir şey görməmişdim. Rəng dəyişikliyi aylarla davam edə bilər. Nadir rəngli pişik balasını sahiblənən insanları şoka sala bilər. Bir neçə aydan sonra pişiyin adi qara rəngə çevrildiyini görə bilərsiniz. Bu, o qədər nadir bir hadisədir ki, dəqiq səbəb tam başa düşülmür. Böyük ehtimal ki, yalnız hamiləliyin müəyyən bir mərhələsində ananın bədən temperaturu yüksəldikdə baş verir" - deyə Şotlandiya Humanitar Cəmiyyətinin baş baytar həkimi Neilson bildirib.
Onun sözlərinə görə, pozğunluq pişiklərin ümumi sağlamlığına təsir göstərmir. Onlar olduqca xoşbəxtdirlər və sevgi dolu yeni ev axtarırlar.
Qeyd edək ki, bu pozğunluq “furbabies” adlanır.
Məlumata görə, pişik balalarının yararsız şəraitdə (zibillikdə) yaşadıqları müəyyən edildikdən sonra sığınacağa gətiriliblər.
Aysel
Sfera.az