Keyt Middleton kimyaterapiyasının bitdiyini elan etdi - FOTO
Şahzadə Keyt Middleton xərçəng diaqnozu qoyulduğu xəbəri ilə ictimaiyyəti şoka saldıqdan altı aydan çox vaxt keçdikdən sonra kimyaterapiya kursunu uğurla başa vurduğunu açıqlayıb. Şahzadə müvafiq videonu sosial media hesablarında yayımlayıb.
Sfera.az bildirir ki, Uels şahzadəsi müalicəsinin hələ tam bitmədiyini qeyd edir. Bununla belə, o uzunmüddətli remissiyaya (xəstəliklərin ortaya çıxmasına səbəb olan göstəricilərin, aradan qalxması- red.) ümid etdiyini bildirib.
Görüntülərdə Şahzadə Keytin Şahzadə Uilyam və üç övladı ilə çəmənlikdə, Adelaidadakı malikanəsində, meşədə gəzdiyi və birlikdə gəzintiyə getdiyi görünür. Bütün video ailə üzvlərinə sevgi və bütün müalicə müddətində yanında olan insanlara minnətdarlığı ilə doludur.
Videonun bir yerində Şahzadə Uilyamın həyat yoldaşını öpdüyü, valideynləri Maykl və Kerolun da tutulduğu görünür. Keyt uşaqlarını qucaqlayır və öpür. Onlar birlikdə oyunlar oynayır və gülməli videolar çəkirlər.
Fotolardan birində şahzadə fikrə dalaraq ağacın yanında dayanıb.
"Yayın sona çatdığı bir vaxtda, nəhayət, kimyaterapiyanı bitirməyin nə qədər rahat olduğunu sözlərlə ifadə edə bilmərəm. Son doqquz ay bizim ailəmiz üçün inanılmaz dərəcədə çətin oldu. Həyat, bildiyiniz kimi, bir anda dəyişə bilər. Mən bu ərəfədə çətin və naməlum yolları aşmağa çalışdım” - deyə Uels şahzadəsi qeyd edir.
Onun sözlərinə görə, müalicə dövrü ətrafındakı hər kəs üçün çətin, qorxulu və gözlənilməz olub.
Keyt etiraf edib ki, diaqnozla barışaraq, öz zəifliyini qəbul edib. O, hər şeydə yeni bir perspektivlə üzləşdiyini də qeyd edir.
"Bu dəfə, hər şeydən əvvəl həyat Uilyam və mənə həyatdakı sadə, lakin vacib şeylər üçün şükür etməyi və minnətdar olmağı öyrətdi. Sadəcə sevək və sevilək".
İndi Şahzadə remissiyanın mümkün qədər uzun müddət davam etməsi və tam sağalma ilə başa çatması üçün mümkün olan hər şeyi edir.
"Kimyaterapiyanı başa vurmağıma baxmayaraq, tam sağalma yolum uzundur və mən hər günü olduğu kimi davam etməliyəm. Bununla belə, bacardığım zaman yaxın aylarda iş qayıtmağı səbirsizliklə gözləyirəm. Yeni bir ümid və həyata minnətdarlıq hissi ilə yeni bərpa mərhələsinə qədəm qoyuram”- Şahzadə deyir.
Keyt, Uilyamla birlikdə dünyanın hər yerindən onlara gələn və mübarizə üçün güc verən böyük dəstəyə görə hər kəsə təşəkkür edib.
"Hər kəsin bizə qarşı mehribanlığı, rəğbəti və mərhəməti heyrətamiz idi".
Nəhayət, Keyt onun kimi ciddi xəstəliklə mübarizə aparanlara da müraciət edib:
"Xərçəng yolunda davam edənlərin hamısı ilə, sizinlə birlikdə, əl-ələ verirəm. Yox yerdən bir işıq gəlsin. Qoy, o işıq qaranlıqda parlasın”.
Xatırladaq ki, bu ilin yanvarında Keyt təcili xəstəxanaya yerləşdirilərk qarın nahiyəsindən əməliyyat olunub. Bundan sonra o, informasiya məkanından itib. Nəticədə şayiələr yayılaraq, sui-qəsd nəzəriyyələri çoxalmağa başlayıb. Çoxları Keytin artıq həyatda olmadığını iddia edib. Bütün şaiyələrə son qoymaq üçün mart ayında Uels şahzadəsi diaqnozu haqqında danışaraq, bir video çəkib.
Xanım
Sfera.az