2035-ci ildə Bakının əhalisi 4 milyon olacaq

2035-ci ildə Bakının əhalisi 4 milyon olacaq
 
"Bakı şəhərinin bütün inzibati ərazisini, yəni onun 11 rayonunu və ətraf 55 qəsəbəsini əhatə edən baş planı ilk dəfə hazırlanır".
 
"APA-Economics" xəbər verir ki, bunu Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov bildirib.
 
Onun sözlərinə görə, plana əsasən Bakının əhalisinin sayının 2035-ci ilə qədər 4 mln. nəfərə çatacağı gözlənilir.

"Planda həmin əhalinin Ələtdən tutmuş Pirallahıya qədər yerləşməsi, məşğulluğu, gələcək inkişafla bağlı bütün perspektivlərinin təmin olunmasını əhatə etməyə çalışmışıq", - deyə direktor əlavə edib.

OXŞAR XƏBƏRLƏR