Bakıda TDT-nin ədliyyə nazirlərinin ikinci iclası KEÇİRİLƏCƏK

Bakıda TDT-nin ədliyyə nazirlərinin ikinci iclası KEÇİRİLƏCƏK

2025-ci ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ədliyyə nazirlərinin ikinci iclası keçiriləcək.

 

Sfera.az təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla bağlı qərar bu gün Astanada (Qazaxıstan) keçirilən birinci iclasın yekunlarına əsasən qəbul edilib.

 

İclasda Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov iştirak edib.

 

İclasda çıxış edən təşkilatın baş katibi Kubanıçbek Omurəliyev qeyd edib ki, iştirakçı ölkələrin ədliyyə nazirlərinin birinci görüşü yeni platforma olmaqla TDT ölkələri arasında məhkəmə sistemi sahəsində əməkdaşlığı genişləndirəcək və gücləndirəcək.

 

Görüş zamanı iştirakçılar öz ölkələrinin hüquq sistemi, eləcə də TDT ölkələri ilə ikitərəfli əməkdaşlığın səviyyəsi haqqında məlumat təqdim edib, təşkilat çərçivəsində Ədliyyə nazirlikləri arasında əməkdaşlığın vacibliyini vurğulayıblar.

 

Nazirlər MDB ölkələrinin Ədliyyə Nazirləri Şurasının 1-ci iclasının Astana Bəyannaməsini imzalayıblar.


OXŞAR XƏBƏRLƏR

Əli Əsədov qərar imzaladı

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib. Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb. ...

Küçələrdən yığdığı butulkalarla ev aldı - FOTO

Yeni Cənub Galler əyalətində Damian Qordon adlı şəxs illərdir küçələrdən yığdığı butulkalarla özünə iki otaqlı balıqçılıq kabinəsi alıb.   Sfera.az&n...

Xarici şirkətin Azərbaycandakı filial direktoru HƏBS EDİLDİ

“Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited” şirkətinin Azərbaycandakı filialının direktoru Arif Mansurov dələduzluq ittihamı ilə həbs ed...

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.   Bu bardə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional q...

“BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA

Paytaxtın bir çox məkanlarında qoyulan "BakıKart" terminallarında balansı artırmaq üçün qəpikdən istifadə etmək mümkün deyil.   Xüsusilə me...

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi...