Azərbaycan "İldırım" raketini işə saldı

Azərbaycan
 
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi hərbi qüvvələrin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qəfil yoxlanılması həyata keçirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Döyüş şəraitinə maksimal yaxın vəziyyətdə həyəcan siqnalı ilə qaldırılan şəxsi heyətin hazırlığı, praktiki bacarığı və döyüş vasitələrinin tətbiqi imkanları yoxlanılıb. Qəfil yoxlama çərçivəsində silahlanmada olan "İldırım" zenit-raket komplekslərinin də hazırlıq vəziyyətinə gətirilməsi və döyüş atışları icra edilib.

Praktiki atışlar zamanı şərti düşmənin intensiv radioelektron və atəş təsiri şəraitində qanadlı raketləri, alçaqdan uçan və aerodinamik hədəfləri imitasiya edən hədəflərin aşkarlanması və avtomatik izlənməyə götürülməsi, qərar qəbul edilməsi, onlara qarşı atəş açılması və hədəfin effektiv məhv edilməsi tapşırıqları uğurla həyata keçirilib. Döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib.

Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarında yoxlamalar davam edir.






OXŞAR XƏBƏRLƏR

Novruzun ilk carçısı: Su çərşənbəsinin tarixi və adətləri

Bu gün Azərbaycanda Novruz bayramına hazırlıq mərhələlərinin ilki olan Su Çərşənbəsi qeyd edilir. Xalq arasında “Əzəl Çərşənbə” kimi tanınan bu gü...

Prezidentdən Sabir İlyasovla bağlı SƏRƏNCAM

Azərbaycan Respublikasında mülki aviasiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Sabir Gülmirzə oğlu İlyasov “Azərbaycan Respublikası Prezident...

"Simpsonlar"ın qiyamət tarixi çatdı - 28 fevralda NƏLƏR OLACAQ?

Son illərdə təəccüblü proqnozları ilə yadda qalan "Simpsonlar" cizgi filmi yenə böyük səs-küy yaradıb.   Sfera.az bildirir ki, 1998-ci il ...

Rusiya-Ukrayna müharibəsində Türkiyə təsiri: Yekunda nələr olacaq?

Rusiya-Ukrayna müharibəsinin dördüncü ilində münaqişənin sonlandırılması üçün beynəlxalq səylərin artması müşahidə edilir. Diqqəti cəlb edən məqamlardan bi...

Bakıya sulu qar yağacaq

Bakıda və Abşeron yarımadasında fevralın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   M...

Qaydaları heçə sayan sürücü ağır qəzaya SƏBƏB OLDU – ANBAAN VİDEO

  Saray yolunda qaydaları pozan sürücü ağır qəzaya səbəb olub.   Sfera.az xəbər verir ki, bununla bağlı görüntülər avtomobillərdən birin...