Qız analarının DİQQƏTİNƏ - Bunlar mütləq izah edilməlidir!
Maraqlı
13:45 / 09.09.2024
2195
Hər bir ananın qız övladına öyrətməli olduğu şeylər var.
Sfera.az həmin öyrədilməli olan vacib nüansları təqdim edir:
Ana qızına gözəl olmağın o qədər də vacib olmadığını izah etməlidir. O bilməlidir ki, ağıllı olmadıqdan sonra xarici görünüş əhəmiyyətini itirir. Onlar daima özlərini inkişaf etdirməlidir və zərərli düşüncələri kontrol etməyi bacarmalıdır. Hər bir qız yalnız da təkbaşına xoşbəxt olmalıdır.
Qızlar izah vermədən yox deməyi bacarmalıdır. Sərhəd qoyulan insanlar bu sərhəddən narahatdırsa, bu onların problemidir.
Analar qız övladlarına evlənməzdən öncə yoldaşları ilə maliyyə məsələlərini, valideyn olmağı, uşaqların gələcəyini, travmalarını, cinsi istəklərini və kariyeralarını müzakirə etməyi öyrətməlidir.
Ülkər Abdurahmanlı