Simonyan: "Azərbaycanda saxlanılan ermənilərlə bağlı məsələ sülh müqaviləsi layihəsinə daxil edilməyib"
13:40 / 09.09.2024
1615
Azərbaycanda saxlanılan ermənilərlə bağlı məsələ İrəvanla Bakı arasında sülh müqaviləsi layihəsində yer almayıb.
Sfera.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan parlamentinin sədri Alen Simonyan məlumat verib.
"Noyabrda Bakıda keçiriləcək COP29 iqlim sammitində iştirakının şərti kimi Ermənistan onların geri qayıtarılması məsələsini qaldıra bilərmi" sualına Simonyan bu cür müzakirələri indidən fikir bildirməyi tez adlandırıb.