Hansı hərbçilərin ipoteka kreditlərinə dövlət maliyyə dəstəyi verəcək və proses necə icra ediləcək? - İZAH

Hansı hərbçilərin ipoteka kreditlərinə dövlət maliyyə dəstəyi verəcək və proses necə icra ediləcək? - İZAH

Azərbaycan Prezidenti “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi” qaydalarını təsdiq edib. 

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında deputat Vüqar Bayramov bildirib ki, yeni qaydalara əsasən, hərbi qulluqçuların götürdükləri ipoteka kreditlərinə maliyyə dəstəyi göstəriləcək. 


Millət vəkili qeyd edib ki, sənədə əsasən, 2024–2025-ci tədris ilindən başlayaraq xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5 il zabit və ya gizir (miçman) kimi həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi veriləcək. Belə ki, güzəştli ipoteka kreditinin verildiyi tarixə ilkin ödəniş və aylıq annuitet ödənişlərinin bir hissəsi üzrə yalnız bir yaşayış sahəsinin satın alınması məqsədilə müddəti azı 15 il olan güzəştli ipoteka kreditləri üzrə maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Maliyyə dəstəyinin həcminə gəldikdə isə yeni qaydalara əsasən, ilkin ödəniş üçün maliyyə dəstəyi ipoteka kreditinin maksimal məbləğinin 15 faizindən yuxarı olmamaq şərti ilə veriləcək. Annuitet ödənişləri üzrə isə maliyyə dəstəyi belə ödənişlərin 50 faizi həcmində olacaq. 

 

V.Bayramov qeyd edib ki, maliyyə dəstəyi almaq istəyən hərbi qulluqçularımız “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə müraciət edə bilərlər:

 

“Maliyyə dəstəyi göstərilməsi üçün Müdafiə Nazirliyinin bu məqsədlə açılmış bank hesabında vəsait saxlanılacaq. Maliyə dəstəyi daha konkret olaraq Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki Heydər Əliyev adına Hərbi İnstitutun bakalavriat səviyyəsində, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursunda, Bakı Hərbi Kollecində, Gəncə Hərbi Kollecində və Naxçıvan Hərbi Kollecində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə veriləcək. Eyni zamanda, bu dəstək 2024–2025-ci tədris ilindən başlayaraq dövlətlərarası müqavilə əsasında xarici ölkələrin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5 il zabit və ya gizir (miçman) kimi həqiqi hərbi xidmət keçən Azərbaycan vətəndaşları olan hərbi qulluqçulara da şamil edilir”.

 

Deputat vurğulayıb ki, Azərbaycan prezidentinin son fərmanı hərbi qulluqçularımızın sosial müdafiəsini gücləndirmək və mənzil təminatını daha da yaxşılaşdırmaqla yanaşı gəncləri hərbi sahədə təhsil almağa təşviq edəcək.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Yay fəslində istehlakçı hüquqları daha çox pozulur

Yay aylarında məhsul və xidmətlərə olan tələbatın artması fonunda istehlakçı hüquqlarının pozulması hallarında da ciddi artım müşahidə olunur. Ən çox pozuntular...

Xalq artisti Tünzalə Ağayevanı 7000 tamaşaçı izlədi - VİDEO

Xalq artisti Tünzalə Ağayeva növbəti dəfə sevənlərinin qarşısısına çıxıb.   Sfera.az xəbər verir ki, pop ulduz ticarət mərkəzlərinin birində solo k...

Ceyhun Bayramov Gürcüstanda Heydər Əliyev parkını ziyarət etdi

Gürcüstanda səfərdə olan Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Tbilisidə ümummilli lider Heydər Əliyev adına parkı ziyarət ediblər.   ...

I və IV qruplarının nəticələri BU TARİXƏDƏK açıqlanacaq

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə 6 iyul 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticələrini ötən həftə -17 iyul tarixində...

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülkər Nuri yay istirahətini xaricdə deyil, atasının xatirələrinin yaşadığı məkanda - Novxanıda yerləşən bağ evində keçiri...

Bu evlərə sənəd verilməyəcək

Bu gün Azərbaycanda yüz minlərlə sənədsiz ev mövcuddur. Xüsusilə Bakı və ətrafında bu evlərin sayı kifayət qədər çoxdur. Həmin evlərin bir hissəsi sənədləşdiril...