Dünyada BİR İLK: Uşaq istehsal edən fabrik açılır, 200 min avroya körpə alacaqsınız... - VİDEO
“200 min avroya uşaq sahibi ola bilərsiniz”.
Sfera.az bildirir ki, bu barədə türkiyəli jurnalist Uğur Önver məlumat yayıb.
O qeyd edib ki, hər cür üsulları sınadığı halda, uşaq sahibi ola bilməyən cütlüklər artıq süni intellekt sahəsində bir ailə qura biləcəklər:
“Sonsuz cütlüklər, xərçəng riski səbəbilə uşaqlığı götürülən qadınlar, hətta hamiləlik müddətini yaşamaq istəməyən ana namizədləri bu üsuldan istifadə edə biləcəklər. Söhbət bir uşaq fabrikindən gedir. Beləliklə, erkən və qeysəriyyə əməliyyatı ilə icra edilən doğuşlar da tarixə qovuşmuş olacaq”.
Jurnalist bildirib ki, bu üsulla ildə 30 min uşaq doğula biləcək: “400 min avro ödədiyiniz halda isə, uşağın bir çox özəlliyini siz müəyyən edə bilirsiniz. Məsələn, göz rəngi, saçları, fiziki gücü, boyu və s. siz təyin edirsiniz”.
Türkan