Alen Simonyan: "“Dağlıq Qarabağın prezidenti” termini mövcud deyil"
11:25 / 09.09.2024
2365
“Ermənistan-Dağlıq Qarabağ” parlamentlərarası komissiyası buraxılmalıdır, çünki ikinci tərəf artıq səlahiyyətə malik deyil.
Sfera.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin sədri Alen Simonyan deputatların üç illik fasilədən sonra sözügedən komissiyanın çağırılması təklifinə cavab olaraq bildirib.
Onun sözlərinə görə, artıq “Dağlıq Qarabağın rəsmiləri”, o cümlədən “Dağlıq Qarabağın prezidenti” termini mövcud deyil. O hüquqşünasdır və hesab edir ki, qeyd olunan formatın ləğvi məsələsi ciddi şəkildə müzakirə olunmalıdır.