Hindistanda ildırım vurması nəticəsində 7 nəfər ölüb

Hindistanda ildırım vurması nəticəsində 7 nəfər ölüb

Hindistanın Çhattisqarh ştatında ildırım vurması nəticəsində 7 nəfər ölüb.

 

Sfera.az xəbər verir ki, hadisə Balodabazar-Bhatapa rayonunda baş verib.

 

Əkin sahəsində şiddətli yağışdan qorunmaq üçün ağacın altına toplaşan şəxsləri ildırım vurub.

 

Nəticədə 7 nəfərin ölüb, 3 nəfərin ağır yaralanıb.

 

Qeyd edək ki, Hindistanda hər il musson yağışları mövsümündə minlərlə adam ildırım qurbanı olur. (APA)


OXŞAR XƏBƏRLƏR