Ərdoğandan Narin açıqlaması: Ən ağır cəzanı alacaqlar

Ərdoğandan Narin açıqlaması: Ən ağır cəzanı alacaqlar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbəkirin Bağlar rayonunda bu səhər cəsədi tapılan Narin adlı qızla bağlı açıqlama verib.

 

Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ərdoğan özünün "X" hesabında paylaşım edib.

 

"Vəhşicəsinə qətlə yetirilən Narinin acı xəbəri hamımızı dərindən yaraladı. Kədərimizin həddi-hüdudu yoxdur", - o yazıb.

 

Ölkə başçısı qeyd edib ki, Narinin itkin düşməsi barədə məlumat alınandan sonra təhlükəsizlik qüvvələri onu sağ tapmaq üçün çox ciddi səylər göstəriblər:

 

"19 gün davam edən axtarışlar nəticəsində təəssüf ki, ürəklərimizə su səpən bir xəbər ala bilmədik".

 

Ərdoğan Narinin qatillərinin ədalət qarşısında mütləq cavab verəcəyini də vurğulayıb:

 

"Narin övladımızı bizdən qoparanların layiq olduqları ən ağır cəzanı almaları üçün məhkəmə prosesinin şəxsən izləyicisi olacağımı bildirmək istəyirəm".


OXŞAR XƏBƏRLƏR

Ölçülərinə görə yalnız şəxsi təyyarələrdə uçmağa başladı - FOTO

Daily Mail yazır ki, Panamadan olan böyük ölçülü model, nəhəng budları və ombaları ilə məşhurlaşan 27 yaşlı Qreysi Bon adi təyyarələrdə 140 sm-lik ombasını yerl...

Deputatla evləndiyini düşünən qadın toydan əvvəl borca ​​batıb

Bir deputatla evlənəcəyini düşünən Böyük Britaniyalı 27 yaşlı qız onun artıq on minlərlə dollar borcu olan fırıldaqçı olduğunu öyrənib.   Sfera.az bild...

Aldığı əşya həyatını məhv etdi

Britaniyalı qadın satışdan alınan keramika klounun bir sıra xoşagəlməz hadisələrə səbəb olduğunu və həyatını məhv etdiyini bildirib. Qadının təcrübəsi ən mistik...

Putindən Mixail Qusmanla bağlı qərar

Rusiya Prezidenti Vladimir Putin TASS agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusmanı Aleksandr Nevski ordeni ilə təltif edib.   Sfera.a...

Relslərə qaçaraq hərəkət edən qatarı saxladı

Almaniyada bir nəfər qatarı saxlamaq üçün relslərə qaçaraq təhlükəli vəziyyət yaradıb.   Sfera.az bildirir ki, hadisə Bavariyada Mammendorfdan Holzki...

Makron Aİ-ni Trampın qələbəsinə reaksiya verməyə çağırıb

Fransa prezidenti Emmanuel Makron Aİ üzvlərini Respublikaçılar Partiyasının namizədi Donald Trampın ABŞ prezident seçkilərində qələbəsindən sonra onun gələcək A...