Bakıda 10 Şaxta baba və Qar qız lisenziya alıb

Bakıda 10 Şaxta baba və Qar qız lisenziya alıb

 

Bakıda artıq Şaxta baba və Qar qızlar icazəli fəaliyyətə başlayıb.

Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.

Onun sözlərinə görə, bu günə qədər Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün departamentə 10 cüt müraciət edib. Həmin müraciətlərə müsbət cavab verilib və onlar bu gündən fəaliyyətə başlayıb:

"Müraciətlər daxil olur. Yeni ilə qədər yəqin ki, bu cütlüklərin sayı artacaq. Hələlik daxil olan digər müraciətlərə baxılır”.

 


OXŞAR XƏBƏRLƏR