“ABŞ yalnız bu halda Rusiyaya qarşı sanksiyaları ləğv edəcək” - Medvedev AÇIQLADI

“ABŞ yalnız bu halda Rusiyaya qarşı sanksiyaları ləğv edəcək” - Medvedev AÇIQLADI

"ABŞ dağılmadan Rusiyaya qarşı sanksiyaların ləğvini gözləmək əbəsdir". 


Sfera.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” səhifəsində yazıb.


Onun fikrincə, ABŞ prezidentliyinə namizədlərdən sanksiyalar siyasətində sürprizlər gözləmək lazım deyil.

 

“Çünki Vaşinqton Moskvaya tətbiq etdiyi məhdudiyyətləri yalnız Birləşmiş Ştatlar parçalanacağı təqdirdə aradan qaldıracaq”, - deyən Medvedev xatırladıb ki, XX əsr boyu SSRİ-yə qarşı da sanksiyalar olub.

 

O bunu əsas gətirərək bildirib ki, Rusiya da sanksiyalardan tezliklə xilas olmayacaq: “Buna görə də, Rusiya üçün sanksiyalar əbədi qalacaq. Yalnız yeni vətəndaş müharibəsi nəticəsində ABŞ dağılandan sonra sanksiyalar aradan qalxacaq. Hollivud vətəndaş müharibəsi haqqında filmlər də çəkir”. 


Medvedev əlavə edib ki, Respublikaçılar Partiyasının namizədi Donald Tramp da prezident seçilsə, ABŞ-nin davranışlarında dəyişiklik baş verməyəcək. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

"Qarabağ" səfərdə Norveç klubu ilə qarşılaşacaq

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda "Qarabağ" bu gün səfərdə Norveçin "Budyo Qlimt" klubu ilə qarşılaşacaq.   Sfer...

Bakının bir sıra yollarında tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə olunur.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayı...

BAKIDA DƏHŞƏTLİ HADİSƏ: Sevgilisinin azyaşlı övladını işgəncə ilə öldürdü

Bakının Binəqədi rayonunda qeyri-rəsmi nikahda yaşadığı qadının azyaşlı övladını işgəncə verməklə qətlə yetirməkdə təqsirləndirilən Yaşar Abbasovun cinayət işi ...

Zelenski Trampa zəng etdi: "Bu barədə razılığa gəldik”

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın seçilmiş prezidenti Donald Trampa zəng edərək onu təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə...

COP29-la bağlı Bakıya gələcək qonaqlara bu yeməklər veriləcək - SİYAHI

COP29-da iştirak etmək üçün ölkəmizə gələcək qonaqlara təqdim olunacaq yeməklərin siyahısı müəyyənləşib.   Sfera.az xəbər verir ki, sahibkarları...

Yaddaşınızın güclü, beyninizin sağlam olmasını istəyirsinizsə, bu qidaları yeyin

Yaddaşı və beyin fəaliyyətini gücləndirməyə kömək edən bir çox qida növü var.   Sfera.az xəbər verir ki, bu qidalar antioksidantlarla, vitaminlər və ...