“Abzas Media” işi çərçivəsində saxlanılan şəxslərin həbs müddəti uzadıldı - YENİLƏNDİ - 2

“Abzas Media” işi çərçivəsində saxlanılan şəxslərin həbs müddəti uzadıldı - YENİLƏNDİ - 2

"Abzas Media" işi çərçivəsində həbs edilən Nərgiz Absalamova barəsində olan həbs qətimkan tədbiri uzadılıb.

 

Sfera.az xəbər verir ki, qərar Xətai Rayon Məhkəməsində hakim Sahibə Hacıyevanın sədrliyi ilə keçirilən iclasda qəbul olunub.

 

Qərara əsasən, onun həbs müddəti daha üç ay uzadılıb.

 

Qeyd edək ki, N.Absalamova barəsində ötən ilin dekabr ayının birində həbs qətimkan tədbiri seçilib.

 

Ona qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

***

 

13:00

 

“Abzas media”nın baş redaktoru Sevinc Vaqifqızının həbs müddəti uzadılıb.

 

Sfera.az xəbər verir ki, qərar Bakı şəhəri Xətai Rayon Məhkəməsində hakim Sahibə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə qəbul olunub.

 

Qərara əsasən, onun barəsində olan həbs qətimkan tədbiri daha üç ay uzadılıb.

 

Qeyd edək ki, S.Vaqifqızı ötən ilin noyabrında Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçalmalçılıq) maddəsi ilə təqsirli bilinərək həbs olunub.

 

***

 

12:46

 

"Abzas Media" işi çərçivəsində həbs edilən Hafiz Babalı və Ülvi Həsənli barəsində olan həbs qətimkan tədbiri uzadılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsində keçirilən iclasda qərar qəbul edilib.

 

Qərara əsasən, onların həbs müddəti daha üç ay uzadılıb.

 

Xatırladaq ki, H.Babalı və Ü.Həsənli ötən il saxlanılıb. Daha sonra barələrində həbs qətimkan tədbiri seçilib.

 

Onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. (report)


OXŞAR XƏBƏRLƏR

Sabah bəzi ərazilərdə leysan olacaq

Mayın 15-də gözlənilən hava şəraiti açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Bakı və Abşe...

Ali məktəblərə keçid balları artırıla bilər

Ali təhsil müəssələrində keçid ballarının artacağı gözlənilir. Buna səbəb isə bu il qəbul imtahanının birinci mərhələsində abituriyent sayının ötən ilə nisbətən...

“Müharibəyə tam hazır olmalıyıq" - Kim Çen In

Şimali Koreya lideri Kim Çen In xüsusi təyinatlı qüvvələrin taktiki hərbi təlimində iştirak edərək, ordunun əsas vəzifəsinin “müharibəyə tam hazır olmaq&r...

“McDonald’s”dan maraqlı addım - 21 yaşdan kiçik şəxslər buraxılmayacaq

ABŞ-nin Virciniya ştatının Franconia bölgəsində yerləşən bir “McDonald’s” filialı  bölgədə artan şagird zorakılığı və müştəri şikayətləri...

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

“Melissa Group”un rəhbəri həbsdən buraxıldı

Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb.  ...