Ukrayna Ali Radasının binası yaxınlığında PUA qalıqları TAPILDI

Ukrayna Ali Radasının binası yaxınlığında PUA qalıqları TAPILDI

Rusiyanın ötən gecə baş verən hücumdan sonra Ukrayna parlamentinin (Ali Rada) binası yaxınlığında pilotsuz uçuş aparatının (PUA) qalıqları tapılıb

 

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinə istinadən UNİAN məlumat yayıb.

 

Qeyd edilib ki, Rusiya ötən gecə Ukrayna ərazisinə hücumda ümumilikdə 67 uzaqmənzilli pilotsuz uçan aparat atıb, onlardan 58-i zərərsizləşdirilib

 

Radanın mətbuat xidməti məlumatı təsdiqləyərək, heç bir dağıntının aşkar edilmədiyini bildirib.


OXŞAR XƏBƏRLƏR