Paris-2024: "Dürsədəf Kərimova məğlub olub"

İdman
13:34 / 07.09.2024
3683
Azərbaycan paracüdoçusu Dürsədəf Kərimova (J2 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında məğlub olub.
Sfera.az-ın məlumatına görə, 70 kq-dan yuxarı çəkidə mübarizə aparan idmançı 1/4 finalda Souza Silva (Braziliya) ilə üz-üzə gəlib.
Rəqibini uduzan Kərimova təsəlliverici görüşə qatılacaq.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.